Treyderlər arasında müsabiqədə iştirak qaydaları
- 1. Treyderlər arasında müsabiqədə cinsi mənsubiyyətindən, vətəndaşlığından, ixtisasından, Real və ya Demo Hesablarda fəaliyyətindən, əvvəlki müsabiqələrdə iştirakından asılı olmayaraq 18 yaşı tamam olmuş istənilən şəxs iştirak edə bilər.
- 2. Müsabiqədə iştirak etmək üçün on-layn rejimdə qeydiyyatdan keçilməlidir.
- 3. Müsabiqə iştirakçısı qeydiyyat formasında şəxsi məlumatlarını doğru və dürüst şəkildə qeyd etməyə məsuliyyət daşıyır. Əks təqdirdə «Forex-AZ» şirkəti əlavə xəbərdarlıq və ya izahat təqdim etmədən, şəxsi təşəbbüsü əsasında müvafiq müsabiqə iştirakçısının qeydiyyatını ləğv etmək və ya müsabiqədən kənarlaşdırmaq hüququnu özündə saxlayır.
- 4. Müsabiqədə iştirak üçün Trendoks Trader FX4 proqramını şəxsi kompüterinizə yükləyin. Müsabiqə ərzində bütün ticarət əməliyyatları yalnız bu proqram vasitəsilə həyata keçirilir.
- 5. Treyder Konkursunun başlayacağı ilk gün Bakı saatı ilə 09:00-dan etibarən ticarət əməliyyatları aktiv ediləcəkdir. Qalan günlərdə Beynəlxalq Birjaların aktiv olduğu saatlarda ticarət əməliyyatları aparıla bilər.
- 6. Hər bir iştirakçı 3 000 USD dəyərində virtual depozit və 1:100 kredit çiyni ilə yarışmada iştirak etməkdədir.
- 7. Müsabiqə iştirakçısı müsabiqənin sonuncu günü Ticarət Hesabında bütün açıq ticarət əməliyyatlarını bağlamağa və digər gözləmə orderlərini ləğv etməyə məsuliyyət daşıyır. Əks təqdirdə «Forex-AZ» şirkəti əlavə xəbərdarlıq və ya izahat təqdim etmədən, şəxsi təşəbbüsü əsasında müvafiq müsabiqə iştirakçısının qeydiyyatını ləğv etmək və ya müsabiqədən kənarlaşdırmaq hüququnu özündə saxlayır.
- 8. Müsabiqə zamanı mexaniki ticarət sistemlərinin istifadəsi qəti qadağandır. Belə halların aşkar olunmasi müsabiqə iştirakçısının xəbardərlıq olmadan müsabiqədən uzaqlaşdırılmasına səbəb olacaqdır.
- 9. Müsabiqənin yekun nəticələri əsasında ən yüksək göstərici (müvafiq Ticarət Hesabı üzrə Equity dəyəri 10 000 USD həcmindən yüksək) toplamış 3 iştirakçı müsabiqənin qalibləri elan edilir və mükafat qismində aşağıda qeyd olunmuş göstəricilərə uygun olaraq Real Ticarət Hesabları ilə təltif olunacaqlar:
1-ci yerin sahibi - 2000 $;
2-ci yerin sahibi - 1000 $;
3-cü yerin sahibi - 500 $.
Müvafiq konkursun qalibi müəyyənləşdirilmədiyi halda, konkursun mükafat məbləği növbəti konkursun mükafat məbləği üzərinə əlavə olunur.
- 10. Müsabiqənin qalibi müsabiqə bitdikdən sonra bir həftə ərzində «Forex-AZ»şirkəti ilə əlaqə saxlamalıdır.
- 11. Müsabiqənin yekun nəticələri hesablanarkən ən yüksək göstəriciyə malik bir neçə iştirakçı müəyyən edilərsə daha çox ticarət əməliyyatı icra etmiş iştirakçı müsabiqənin qalibi elan edilir.
- 12. Qaliblərin mükafatlandırılması «Forex-AZ» şirkətinin ofisində təntənəli şəkildə həyata keçirilir.
- 13. «Forex-AZ»şirkəti eyni IP ünvandan və ya anonim proksi-server vasitəsilə bir neçə Ticarət Hesabı ilə müsabiqədə iştirak edən qeydiyyatçını müsabiqədən kənarlaşdırmaq hüququnu özündə saxlayır.
- 14. Müsabiqə iştirakçısı müsabiqə ilə əlaqədar və ya bununla bağlı hər hansı bir digər səbəbdən «Forex-AZ»şirkətinə qarşı maliyyə və ya digər ittihamlarla çıxış etməyəcəyinə dair razılığını bildirir.
- 15. «Forex-AZ»şirkəti şəxsi mülahizəsi əsasında istənilən vaxt Treyderlər arasında müsabiqədə iştirak qaydalarına dəyişiklik və ya düzəliş etmək hüququnu özündə saxlayır. Müsabiqədə iştirak qaydalarına edilmiş hər hansı dəyişiklik və ya düzəlişlər cari müsabiqə yekunlaşdırıldıqdan sonra qüvvəyə minir.
- 16. Müsabiqədə iştirak qaydaları ilə bağlı irad və təkliflərinizi
elektron ünvanına göndərə bilərsiniz.
- 17. Müsabiqədə qalib gəlmiş şəxslər şəxsi məlumatlarının «Forex-AZ» DM-nin reklam-marketinq tədbirlərində istifadə ediləcəyinə dair razılığını bildirirlər.
- 18. Müsabiqədə iştirak etmək məqsədilə qeydiyyatdan keçmiş hər bir iştirakçı heç bir əlavə istisna və düzəliş olmadan yuxarıda əksini tapmış bütün bəndlərlə tam razılığını bildirir.
Mükafat şəklində təqdim edilən Real Ticarət Hesabından istifadə qaydaları
- 19. Müsabiqənin yekun nəticələrinə əsasən Real Ticarət Hesabı ilə mükafatlandırılmış şəxs müvafiq nəticələrin elan edildiyi tarixin növbəti bazar ertəsindən başlayaraq müvafiq Ticarət Hesabını idarə edə bilər.
- 20. Real ticarət hesabi ilə mükafatlandırılmış şəxs müvafiq ticarət hesabının tamhüquqlu sahibi deyildir və ilkin depozit şəklində yerləşdirilmiş vəsaitləri geri çixartmaq hüququna malik deyildir.
- 21. Real Ticarət Hesabı ilə mükafatlandırılmış şəxs həyata keçirdiyi uğurlu ticarət əməliyatlarından əldə edilmiş mənfəətin 50%-nin sahibidir və eyni zamanda ilkin depozit şəklində yerləşdirilmiş vəsaitin 50% həcmində risk etmək hüququna malikdir. İstifadəçi ona idarə edilmək üçün təqdim edilmiş Ticarət Hesabı üzrə yarana biləcək hər hansı zərər hallarına qarşı heç bir məsuliyyət daşımır.