Asia/Baku
İndekslər:
Xəbərlər:
Didem Mersinli
56-cı konkursun qalibi
Didem Mersinli

İlkin depozit:
3000 $
Gəlir:
31 538 $
Faiz:
951 %
Hesab tarixi
  • Didem Mersinli

Didem Mersinli

56-cı konkursun qalibi

Didem xanım, iilk öncə 56-cı Konkursda qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız: 

- Təbii ki, çox şad oldum . Yarışmaya yalnız son iki həftə qatıla bildim, ilk iki həftə rəqabətlilik çox zəif idi. 

Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz? 

- İxtisas üzrə iqtisadçıyam, bu sahədə çalışan və maraq göstərən bir insanam. 

Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi? 

- 4 ildir ki, bu sahə ilə maraqlanıram, son 1 ildə mütəmadi olaraq yarışmalarda iştirak edirəm. Marağımın başlıca səbəbi isə şəxsi iş disiplini və heç kimdən asılı olmamaqdır.

Məlumdur ki, Siz ilk dəfə deyil ki Konkursda iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələr əldə edə bilmisiniz? 

- Bəli, daha öncəki konkurslarda müxtəlif səbəblər baxımından lazımi nəticəni göstərə bilməmişəm.

Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. 

- Qısaca olaraq onu deyə bilərəm ki, başlıca strategiyam mövcud vəziyyətə görə riski bölmək, daha az risk edərək vəziyyətə görə onu artırıb azaltmaqdan ibarətdir. 

Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız? 

- Əsasən, vəziyyətdən asılı olaraq həm texniki, həm də fundamental analizə əsaslanıram. Ən önəmli ticarət prinsipi isə səbrli olmaqdır. 

Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz? 

- Demədim, çünki burada söhbət hər şeyin hər an dəyişə biləcəyi qlobal bazardan söhbət gedir. Önəmli olan odur ki, səhvlər etdiyiniz zaman belə onlardan düzgün nəticə çıxara bilmənizdir.

Konkursda əldə etdiyiniz nəticə Sizi qane edirmi? 

- Qısa bir zamana görə əldə olunan nəticə yaxşıdır, amma daha yaxşı ola bilərdi. 

Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz? 

- Yeni başlayanlara çox diqqətli, səbrli olmalarını məsləhət görərdim. Real hesab açmadan öncə mütləq demo hesablarda işləyib öz strategiyalarını hazırlasınlan. Təbii ki, yarışmalar da onların ruhlandırılmasında önəmlidir, uğur qazanan treyderlərin təcrübələrindən yararlanmalıdırlar. 

Konkursda hansı yenilikləri görmək istərdiniz? 

- Səmimi olsaq, marja səviyyəsi nisbətən yüksəkdir, onun səviyyəsinin azaldılması çoxlarını məmnun edərdi. Eyni zamanda həftəlik, günlük, saatlıq konkurslar təşkil olunsa, yaxşı olardı. 

Sonda müsabiqə iştirakçılarına və təşkilatçılarına nə söyləmək istərdiniz? 

- Təşkilatçılara gördükləri işlərə görə minnətdarlığımı bildirib daha böyük nailiyyətlər diləyirəm. Müsabiqə iştirakçılarına isə uğurlar arzu edirəm.




  • Şərhlər: (0)
  • Bəyənir: (0)
Qeyd yazmaq üçün sistemə daxil olmalısınız

Canlı məzənnələr

  • Symbol
  • BID
  • ASK
  • EURUSD
  • 1.27793
  • 1.27811
  • GBPUSD
  • 1.58149
  • 1.58174
  • USDCHF
  • 0.93972
  • 0.93997
  • USDJPY
  • 79.005
  • 79.030
  • AUDUSD
  • 0.98424
  • 0.98454
  • USDCAD
  • 1.02193
  • 1.02243
  • NZDUSD
  • 0.75622
  • 0.75672
  • USDTRY
  • 1.83713
  • 1.83813
  • OIL
  • 106.77
  • 106.82
Məzənnələri seç

Top 10 treyderlər

1 Gurban Kerimov Azərbaycan $ 17 015.37
2 Liakat Miah Banqladeş $ 13 583.94
3 Javid Humbatov Azərbaycan $ 10 424.34
4 Qazanfar Zeynalov Azərbaycan $ 8 956.54
5 Cihan Chifchi Bolqarıstan $ 8 839.43
6 Rufik Rufik Azərbaycan $ 8 664.28
7 Farzan Kazempour Dameshghie İran $ 8 654.90
8 Yusif Huseynov Azərbaycan $ 8 341.69
9 Vidadi Tahirov Azərbaycan $ 7 892.91
10 Famil Geydarov Azərbaycan $ 7 682.15

Statistika

  • 105ölkə sayı
  • 691iştirakçı
  • 36qalan gün
  • 61konkurs sayı