1. Fərid bəy, ilk öncə 58-ci Konkursda qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:
- Təşəkkür edirəm. Həyatda qalib olmaq kimə xoş deyilki? Əldə olunan nailiyyətlər həyatda boşuna yaşamadığını göstərir və bu çox sevindiricidir.
2. Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz?
- Sumqayıt Tibb məktəbinin Ortopedik Stomatologiya fakultəsini bitirmişəm. Hal-hazırda Bakı Dövlət Universitetində Psixologiya fakultəsində oxuyuram.
3. Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi?
- İlk tanışlığım BakuTel sərgisində olmuşdur. Hələ 5-6 il öncə valyuta alqı-satqısı ilə maraqlanırdım, internet vasitəsilə bu prosesin daha da sadələşdirildiyini gördükdə bu sahə mənə daha maraqlı gəldi
4. Məlumdur ki, Siz ilk dəfə deyil ki Konkursda iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələr əldə edə bilmisiniz?
- Bəli, bu konkursda ilk iştirakım deyil. Əvvəlki konkurslarda iştirak etsəm də, nəticələrim bir o qədər ürəkaçan olmayıb. Nəticə yoxdursa, o işi uğurlu hesab etmək olmaz.
5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.
- İstifadə etdiyim strategiyalar çox olub. Hər bir strategiyanın öz məqamı var və o məqamdan düzgün istifadə etmək lazımdır. Qısa müddətdə daha çox qazanc əldə etmək üçün indikatorlar əvəzolunmaz vasitədir.
6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?
- Ən çox Texniki analizdən istifadə edirəm, lakin Fundamental analizi də nəzərimdən kənarda saxlamıram.
7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?
- Həyatda bir çox şey kimi uğur və uğursuzluq 50/50-ə olur. Yəni uğursuzluqlara görə ruhdan düşəcəksənsə, həyatda heç bir şey əldə edə bilməyəcəksən.
8. Fərid bəy, bildiyiniz kimi yarışmamızın ilk onluğunda göstəricilər fərqli idi. Qalib olacağınızı ehtimal edirdinizmi?
- Doğrusu, qalib olacağımı deyil, ən yaxşı halda 2-ci yerdə qərarlaşacağımı gözləyirdim. Amma Konkursun qalibi olmağım mənim üçün Yeni il hədiyyəsi oldu.
9. Konkursda əldə etdiyiniz nəticə Sizi qane edirmi?
- Tam da olmasa, qismən qane edir
10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?
- Başlıca olaraq səbrli olsunlar. Mövcud vəziyyətlətlə ətraflı tanış olmadan və atdıqları addımlardan tam əmin olmadan bazara daxil olmasınlar.
11. Konkursda hansı yenilikləri görmək istərdiniz?
- Mükafat məbləğinin bir qədər artırılması pis olmazdı.
12. Sonda müsabiqə iştirakçılarına və təşkilatçılarına nə söyləmək istərdiniz?
- Hər kəsə öz təşəkkürümü bildirirəm.
| 1 | Gurban Kerimov | $ 17 015.37 | |
| 2 | Liakat Miah | $ 13 583.94 | |
| 3 | Javid Humbatov | $ 10 424.34 | |
| 4 | Qazanfar Zeynalov | $ 8 956.54 | |
| 5 | Cihan Chifchi | $ 8 839.43 | |
| 6 | Rufik Rufik | $ 8 664.28 | |
| 7 | Farzan Kazempour Dameshghie | $ 8 654.90 | |
| 8 | Yusif Huseynov | $ 8 341.69 | |
| 9 | Vidadi Tahirov | $ 7 892.91 | |
| 10 | Famil Geydarov | $ 7 682.15 |